Tez-tez verilən suallar
Çatdırılma nə qədər çəkir?
Bakı və Abşerona ertəsi gün, rayonlara 2–4 iş günü. Günortadan sonra verilən sifariş bir gün gec çıxa bilər.
Xaricdən sifariş verə bilərəm?
Bəli. Sifarişi istənilən ölkədən verə bilərsən; çatdırılma yalnız Azərbaycan daxilindədir.
Kartı kim yazır?
Biz. Mesajını karta əl ilə, səliqə ilə köçürürük.
Anonim göndərmək olar?
Olar. Mesaj addımında “Anonim göndər” seç; kartda ad yazılmayacaq.
Qutunu göndərməzdən əvvəl görə bilərəm?
Bəli. Qutu hazır olanda fotosunu WhatsApp-da göndəririk və sifariş səhifəsində göstəririk.
Ödəniş necə aparılır?
Bank kartı ilə, ödəniş provayderinin öz səhifəsində. Kart məlumatı saytımıza daxil olmur.
Sifarişi ləğv etmək olar?
Qutu yola çıxmayıbsa, bəli. Bizə WhatsApp-da yaz.